Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq müşahidə olunub. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Avtovağzalın rəhbərliyi sərnişin axınının artacağını proqnozlaşdıraraq gücləndirilmiş rejimə keçsə də, kassaların qarşısında yenə izdiham yaşanıb. Buna səbəb vətəndaşların məhz rayonlara gedəcəkləri gün özlərinə bilet almaq istəmələridir. Sıxlıq ən çox şimal bölgəsi üzrə bilet satılan kassaların qarşısında yaranıb.
Əvvəlcədən kassadan və yaxud onlayn bilet alanlar heç bir problemlə rastlaşmayıblar. Bütün marşrut avtobusları vaxtında yola düşüb.
Bayram günləri ayın 12-nə kimi davam edəcək. Bu günlərə yollara əlavə avtobuslar buraxılıb. Ötən gün Bakı avtovağzalından 11.000-ə yaxın insan daşınıb, bu da adi günlərdən iki dəfə çoxdur.