Bakı Dövlət Universitetində (BDU) imtahan sessiyası keçirilir. Bu gün, 9 yanvar tarixində 85 nəfər hava şəraiti və digər səbəblərə görə imtahana gəlməyib. Bu haqda Azərtac məlumat verib.
Bu gün ümumilikdə 4827 tələbədən 4742-si imtahanlarda iştirak edir. BDU-dan verilən məlumata görə, imtahanda iştirak edə bilməyən tələbələrə gələcəkdə imtahan vermələri üçün imkan yaradılacaq.
Azərbaycan Dillər İnstitutunun rəhbərliyi də analoji qərar qəbul edib.
Daha öncə məlum olub ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də qış imtahan sessiyasında iştirak edə bilməyən tələbələrin təkrar imtahan vermələrinə şərait yaradılacaq.