Bakı Dövlət Universitetində (BDU) tələbələr istilik sistemindən narazıdılar. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Tələbələrin sözlərinə əsasən, universitetdə istilik sistemi işləmir və auditoriyalarda qalmaq mümkün olmur. Bu səbəbdən bəzi tələbələr dərslərə gəlmirlər.
BDU-nun tələbələri dərs otaqlarının birində lövhəyə problemlə əlaqədar universitetin rektoru Elçin Babayevə ərizə yazaraq müraciət ediblər.
Universitetdən verilən məlumata əsasən, BDU-nun bütün korpuslarında istilik sistemi işləyir və istiliklə bağlı hər hansı problem yoxdur.