Oktyabrın 15-i Binəqədi rayonunda cüdo üzrə Tokio-2020 Paralimpiya çempionu Dürsədəf Kərimovanın məktəblilər ilə görüşü keçirilib. Bu haqda Gənclər və İdman Nazirliyi xəbər verib.
115 saylı tam orta məktəbdə Dürsədəf Kərimova idman karyerası, məktəb illəri haqqında təəssüratlarını məktəblilərlə bölüşüb və şagirdlərin suallarını cavablandırıb. Tədbirdə Kərimovanın ümumi idman nailiyyətlərindən danışılıb.
Qeyd edək ki, görüş Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində keçirilib.