Paytaxtın Binəqədi rayonunda gün ərzində içməli suyun verilməsi dayandırılacaq. Bu haqda bu gün, 7 oktyabr tarixində Azərsu ASC-nin mətbuat xidməti məlumat yayıb.
7-ci və 8-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Səbəb olaraq magistral su kəmərində təmir-bərpa işlərinin aparılması bildirilir.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.