Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır. Bu haqda bu gün, 13 dekabr tarixində Report məlumat verib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Azər Paşayevin icraatındadır.
Səbirabad rayonu, Sarvan kənd sakini Rafət Qəniyev 25 noyabr 2021-ci il tarixində avtomobilə mənşəyi bilinməyən sümükləri qoyaraq nəqliyyat vasitəsini yandırıb. Bu yolla o, şəxsi ölümünü simulyasiya edərək Bakı şəhərinə qaçıb.
Rafət Qəniyev “Kaspian İnşaat MB” MTK-nın direktoru vəzifəsində çalışıb. O, dələduzluq edərək bir mənzili müxtəlif şəxslərə satmış və bunu dəfələrlə təkrarlamışdı. Mağazaların birindən öz şəxsiyyət vəsiqəsi ilə televizor alandan sonra şübhəli şəxsin izinə düşmək mümkün olub.