top
Bizimlə səbirlə danışanlar: onları eşidə bilirikmi?
22 oktyabr 2024, 01:35
- +

Bizimlə səbirlə danışanlar: onları eşidə bilirikmi?

Azərbaycan reallığının özəllikləri

Hər il 22 oktyabrda dünya Beynəlxalq Kəkələyənlər Gününü qeyd edir. Statistik açıqlamalara əsasən, planetimizin əhalisinin 1 faizi kəkələmədən əziyyət çəkir. Kəkələmək yalnız danışıq çatışmazlığı və yalnız nitqində bu qüsur olan fərdlərin problemi deyil, həm də cəmiyyətimizin üzərinə səpələnmiş sosial damğalardan biridir. Kəkələyən insanın həyatında müəyyən sədlərlə qarşılaşması qaçılmazdır. Azərbaycan reallığında isə bu daha impulsiv və qəribə hal alır.

“İraaaq olsun!”

Azərbaycanda kəkələyən bir insanla qarşılaşdığınızda, ilk reaksiyanız nə olur? Əksəriyyətimiz bu insanlara qeyri-adi bir məxluq kimi baxırıq. Sanki, adam kosmosdan gəlib və dünyada ilk dəfədir danışır. Bəziləri isə hətta onların gözünün içinə baxa-baxa qulaqlarını çəkirlər: “Uyş! Allah uzaq eləsin! İraaaq olsun!” Hələ danışma tərzini lağa qoyub, bu insanların danışıq qabiliyyətini zarafata çevirənlər də var. Əslində, kəkələmək onsuz da çətinlikdirsə, bizim cəmiyyətin münasibəti bu problemi daha da ağırlaşdırır, belə qüsura malik şəxslərin yükünü birə beş artırır. Təsəvvür edin: Azərbaycan reallığında kəkələyən bir insan iş tapmağa çalışır, müxtəlif şirkətlərə CV göndərir. Və onun qarşısında artıq ikiqat problem dayanır: “Bir – sənin təcrübən yoxdur, iki – səlis danışmağı öyrən!” Hətta bəzən iş görüşməsinə dəvət aldıqda qınaqla da qarşılaşmaqdan heç kim sığortalanmayıb: “Bilirsən ki, normal danışa bilmirsən! Özünün və bizim vaxtımızı nə üçün alırsan?”

Erkən sınaqlar

Kəkələyən şəxslərin sınaqları isə hələ erkən yaşlarından məhlədə və məktəbdə başlayır. Artıq birinci sinifdən barmaqla göstərilir və “Müəllimə, o danışa bilmir!” sədaları altında gülüş obyektinə çevrilirlər. Bəs müəllimlər nə edir? “Uşaqlar, gülmək olmaz” deyib keçirlər. Təəssüf ki, bir çox hallarda bu sadəcə qınamanın imitasiyası olur və məsələni həll etmir. Yəni kəkələməyin cəmiyyət tərəfindən qınanmadığını deyə bilmərik, sadəcə məsələni “sakitcə” gözardı edirlər.

3-4 qədəh “gillədiblərsə”…

Azərbaycanda sosial məkanlarda – çayxanalar, toylarda və yığıncaqlarda danışıq qabiliyyəti böyük dəyər hesab olunur. Təsəvvür edin, kəkələyən bir insanın toylarda söz götürməsi. O danışmağa başlayanda, toyun atmosferi dəyişir. Sanki bütün diqqət məhz ona yönəlir, amma təkcə maraq deyil, bu diqqətin arxasında həm də gülüşlər durur. Ələlxüsus da, bəziləri artıq 3-4 qədəh “gillədiblərsə”, bu gülüşlər daha həyasız, daha dözülməz hal alır. Adama nəinki sözünü tamamlamağa imkan vermirlər, hətta bəzən onun sözlərini əvvəlcədən təxmin edib satirik-ironik tərzdə tamamlayırlar. Bu da kəkələyən insanın onsuz da çətin vəziyyətini bir qədər də çətinləşdirir. Adamı mikrofon götürdüyünə görə peşman edirlər.

Söz ürəkdə qalanda

Elə bütün bunlardan irəli gəlir ki, çox zaman kəkələyən insanlar susmağa üstünlük verirlər. Necə deyərlər, sözləri ürəklərində qalır. Günahkar kimdir bəs? Yəqin ki, ritorik sualdır. Odur ki, gəlin, Beynəlxalq Kəkələyənlər Günü münasibəti ilə öz davranışımızı, səbrimizi və anlayışımızı yenidən nəzərdən keçirək, təftiş edək. Kəkələyənlər danışmaq üçün deyil, danışdıqda eşidilmək üçün də mübarizə aparırlar. Bu mübarizələrində onlara yardımçı ola bilmiriksə, heç olmasa əlavə maneəyə də çevrilməyək.

Vüsal Əliyev (insanoid.com)

Son xəbərlər

Sabunçu
Dünən, 17:51

Bakıda ər arvadını çay qaşığı ilə döydü

Xəbər
Dünən, 17:46

Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı

Xəbər
Dünən, 17:08

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Xəbər
Dünən, 16:43

Bakıda 31 kq narkotik aşkarlandı - VİDEO

Xəbər
Dünən, 16:00

Zeynəb Xanlarova əməliyyat olundu

Xəbər
Dünən, 15:28

"Melissa Group"un mühafizəçisi sakini döyüb

Xəbər
Dünən, 15:10

Uşağınız tez-tez xəstələnir? - Səhiyyə Nazirliyinin pediatrından vacib tövsiyələr

Xəbər
Dünən, 14:12

Skuterdən yıxıldı, öldü

Xəbər
Dünən, 13:20

Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var

Xəbər
Dünən, 12:29

Bakıda avtomobil piyadanı vurdu, sürücü öldü

Xəbər
Dünən, 12:19

Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb

Xəbər
Dünən, 11:39

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Xəbər
Dünən, 11:07

Yol polisi Formula-1 ilə əlaqədar sürücülərə müraciət edib

Nizami
Dünən, 10:38

Qaynını azyaşlı oğlunun gözü qarşısında öldürmüşdü - Cəzası azaldıldı

Xəbər
Dünən, 10:21

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinə  cinayət işi açılıb

Xəbər
Dünən, 09:36

Hövsanda evdən meyit tapıldı

Xəbər
Dünən, 09:08

DİQQƏT: 49 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Xəbər
22 sentyabr 2026, 18:00

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Xəbər
22 sentyabr 2026, 17:26

"Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır" - Aparıcı Rəvan Bağırov

Xəbər
22 sentyabr 2026, 17:11

Dilarə Kazımovanın "Dəli" mahnısı Hollivud filmində səsləndirildi

Xəbər
22 sentyabr 2026, 17:06

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi

Xəbər
22 sentyabr 2026, 16:30

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Xəbər
22 sentyabr 2026, 16:11

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

Xəbər
22 sentyabr 2026, 15:37

Qaradağda "Puta" idman zalı və minifutbol meydançası açıldı - FOTO

Oxşar xəbərlər