Bakı-Quba yolunun bir hissəsi tam təmir olunub. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yenidənqurma işləri çərçivəsində sözügedən yolun Qubadan Bakıya olan hissəsində köhnə asfalt örtüyü qazılaraq yenisi ilə əvəzlənib, daha sonra müvafiq yol cizgiləri çəkilib, nişanlar quraşdırılıb.
Açılışın bu gün baş tutacağı bildirilir.