Ənənəvi “Kənddən Şəhərə” yarmarkası yenidən keçiriləcək. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Yarmarkada 20 regiondan 50-yə yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır.
Bundan əlavə, istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida laboratoriyası da fəaliyyət göstərəcək.
Satış 2-3 mart tarixlərində Fətəli xan Xoyski küçəsi, 5 ünvanında, metronun “Gənclik” stansiyasının çıxışında təşkil olunacaq.