Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Bakuplus.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
***
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakuplus.az-ın məlumatına görə bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, buna səbəb müşahidə edilən yağışlı hava şəraitidir.
Bununla bağlı məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub.
Mərkəz sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edir.