Paytaxtda noyabrın 13-də qızlar üçün “Gücümüz cəsarətimizdədir!” adlı aksiya keçiriləcək. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Aksiyanın məqsədi qızların cəmiyyətdə bərabər iştirakını artırmaq, idmanı kütləviləşdirmək və qızlar arasında sağlam həyat tərzini təbliğ etmək, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.
Tədbir Dənizkənarı Milli Parkın “Azneft” dairəsi hissəsindən saat 13:30-da yürüşlə başlanacaq. Saat 14:00-da isə Kukla Teatrının arxasında aksiyanın açılış mərasimi keçiriləcək. Açılışdan sonra isə Cüdo, Karate, Gimnastika, Basketbol, Şahmat, Futbol federasiyalarının təlimçi və idmançılarının ustad dərsləri keçiriləcək.
Aksiya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı və idman federasiyalarının dəstəyi ilə baş tutacaq.