Bakının Xəzər rayonu, Buzovna-Şüvəlan yolu boyunca piyada səkiləri və velosiped zolaqları yaradılır. Bu haqda bu gün, 24 dekabr tarixində Bakuplus.az məlumat verir.
Zolaqların bir hissəsi artıq hazırdır, ikitərəfli velosiped zolaqları istismara hazırdır, nişanlanma çəkilib. Qalan hissədə hazırda ağır texnika işləyir, döşəmə salınır.
Daha öncə velosiped zolaqları şəbəkəsi paytaxtın mərkəzində və Bilgəh qəsəbəsində yaradılıb.
Yenidənqurma işləri “Bakı Abadlıq” MMC tərəfindən aparılır.
[URIS id=84486]