Bakı Zooloji Parkında ekoklublar üçün ekskursiya təşkil olunacaq. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Zooloji Parka istinadən xəbər verir.
“Canlı aləmə qayğı göstərək” adlı layihə çərçivəsində Azərbaycan və dünyanın unikal flora və fauna nümunələri ilə tanışlıq olacaq, biomüxtəlifliyin qorunması haqda məlumat veriləcək. Məqsəd məktəblilərin dünyagörüşünün artırılması və onlarda təbiətin gözəlliyi, mükəmməlliyi haqqında aydın təsəvvür yaradılmasıdır.
Tədbir 11 yanvar saat 13:00-da başlayacaq. Tədbirə RUGİM-in “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramına daxil olan və ümumtəhsil müəssisələrində fəaliyyət göstərən ekoklubların üzvləri qatıla bilərlər.