Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal yaşanıb. Bu haqda 1 dekabr tarixində Bakuplus.az məlumat verir.
Hadisə verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib. Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb.
Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.
Anar Vəziroğlu Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun qardaşıdır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/12/1-1.mp4"][/video]