Bakıda açıq “Panna” turniri keçiriləcək. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az “Dəniz Mall”a istinadən xəbər verir.
Nuqzar Kvirtiya ilə birlikdə “Dəniz Mall” ticarət mərkəzində “Panna” turniri təşkil olunacaq. Tədbir 24 dekabr saat 15:00-da başlayacaq. İştirak sərbəstdir.
“Panna” - 2 oyunçu arasında keçirilən küçə futbolu turniridir. Oyunun əsas məqsədi rəqibə mümkün olduğu qədər çox qol vurmaqdır. Ən vacib məqam isə rəqibin ayağının arasından top keçirməkdir.