Dünyaşöhrətli “Blue” qrupu ilk dəfə Bakıda konsert verəcək. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Qrup Elton Conun məşhur “Sorry seems to be the hardest word” mahnısını ifa etdikdən sonra bütün dünyaya məşhur olub. Onun mahnılarından ibarət albom 7.900.000 ümumi tirajla satılıb.
“Blue” qrupu Heydər Əliyev Sarayında 2024-cü il fevralın 15-də saat 20:00-21:30 arası çıxış edəcək. Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür.