Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqatçısı Britaniyanın nüfuzlu universitetində yüksək nəticə göstərib. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Təhsil ocağının Empirik Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Nicat Muradzadə dünyanın ən nüfuzlu 100 ali təhsil müəssisəsi sırasında yer alan Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistratura dərəcəsini ən yüksək göstərici ilə bitirib.
N.Muradzadə ali təhsil aldığı müddətdə Kansler təqaüdünə layiq görülmüşdü. O, Türkiyənin İstanbul Universitetinin Biznes və idarəetmə ixtisası üzrə bakalavr dərəcəsini bitirib. 1 kitabın, 4 elmi məqalənin, 2 konfrans materialının, bir neçə praktiki tövsiyənin, Azərbaycan və ingilis dillərində yerli və xarici mətbuatda dərc olunmuş çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir.