top
Deputat: “Bəzi tələbələr universitetə yarıçılpaq gedirlər” – AÇIQLAMA
24 sentyabr 2024, 05:11
- ↺ +

Deputat: “Bəzi tələbələr universitetə yarıçılpaq gedirlər” – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tədris ilinin başlanması, şagirdlər və müəllimlər üçün yeni imkanlar, həyəcanlar və eyni zamanda müəyyən qaydalar gətirir. Hər il yeni dərs ilində şagird, tələbə və müəllim heyəti arasında təhsil müəssisələrində geyim qaydaları ilə bağlı məsələlər gündəmə gəlir. Ötən gün Tibb Universitetinin müəllimlərindən biri sosial şəbəkə hesabında tələbələrindən birinin geyimini müzakirə mövzusuna çevirib. İzləyicilərin bir qismi müəllimi tənqid edib və bildirilib ki, məktəblə universitet bir deyil. Bununla belə, rəylərdə müəllimi dəstəkləyənlər də olub.

Ali təhsil müəssisələri üçün xüsusi dress-kod olmalıdırmı?

İnsanoid.com mövzu ilə əlaqədar Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikirlərini soruşub. Millət vəkili qeyd edib ki, bəzi gənclər və tələbələr universitetə çimərlik geyimində, idman paltarında gedirlər:

“Bəzi tələbələr universitetə çılpaq gedirlər. Bu mövzu tez-tez müzakirə olunur. Universitet tələbəsi geyiminə diqqət yetirməlidir. Açıq-saçıq geyinməməlidir. Bəzən insanlar çimərlik paltarı ilə universitetə gedəndə geyinəcəyi geyimi səhv salır. Müəllimləri yox, tələbələri qınamalıyıq. Tələbələr bizim milli dəyərlərimizə diqqət etməlidirlər. Ötən gün baş verən hadisə ilə bağlı onu deyə bilərəm ki, müəllim sadəcə reaksiya verib. Vəziyyəti görüb, əsəbiləşib. Onu qınamaq, tənqid atəşinə tutmaq düzgün deyil. Belə tələbələr dərsi pozurlar. Ali məktəbdə oxuyan şəxs universitet tələbəsi olduğunu dərk etməlidir. Bu məsələlərə maksimum əməl etməlidirlər. Bu tip geyimlər dərs mühitini pozur və oğlanların psixologiyasına təsir göstərir”.

C.Məmmədov əlavə edib ki, media müəllimi yox, etik qaydalara əməl etməyən gəncləri qınamalıdır:

“Tələbə normal geyinməlidir. Çünki o uşaq deyil, formalaşmış şəxsdir. Soyunub getməməlidir”.

Təhsil eksperti Elçin Süleymanov bildirib ki, tələbələrin və müəllimlərin forma geyinməsi düzgün deyil:

“Universitet orta məktəb deyil. Tələbələrin və müəllimlərin forma geyinməsi düzgün deyil. Zaman-zaman mübahisələr ola bilər. Universitetlərdə baş örtüsü və saqqal məsələsi gündəmə gələ bilər. Amma tələbə və müəllimlərin geyimi sərbəst olmalıdır. Müəllimin bununla bağlı paylaşım etməsi düzgün deyil. Amma müəyyən mənada ona haqq da verirəm. Bəzən açıq-saçıq geyinənlərə rast gəlinir. Universitet mədəni mühitdir. Başqa insanların sərbəstliyinə mane olmamaq şərti ilə sərbəstlik olmalıdır. Xaricdə də geyim sərbəstdir. Amma Avropa ölkələrində tələbələr əyləncə geyimində universitetə getmirlər. Geyimə diqqət etməlidirlər. Açıq- saçıq geyimdə olmaz. Gecə yatmaq üçün nəzərdə tutulmuş geyimlə tədrisdə iştirak diqqət yayındıra bilər. Amma sərt dress-kod tətbiq etmək də olmaz”.

Son xəbərlər

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Oxşar xəbərlər