top
Deputat: “Ətraf mühitin qorunmasına yönəlmiş cəza mexanizmləri dünyada mövcud praktikalardan biridir” - RƏY
22 oktyabr 2024, 09:00
- ↺ +

Deputat: “Ətraf mühitin qorunmasına yönəlmiş cəza mexanizmləri dünyada mövcud praktikalardan biridir” - RƏY

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapır. Məcəllənin 212-ci maddəsinə edilən dəyişikliklə tütün məmulatlarının açıq və qapalı ictimai yerlərdə istifadəsi ilə bağlı qaydalar daha da sərtləşdirilib, cərimələr artırılır.

Bu dəyişikliklərin tətbiqi və nəzarəti müxtəlif dövlət orqanlarının razılaşdırılması ilə həyata keçirilir. Dəyişikliyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.

Bundan əlavə, nəzərdə tutulmuş xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə həmin şəxs 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

BakuPlus.az-a məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə bənzər tədbirlər bir çox ölkələrdə tətbiq edilir:

“Belə tədbirlər inzibati tənbeh kimi bir çox ölkələrdə tətbiq olunur. Bu dəyişikliklərin məqsədi ictimai asayişi və ətraf mühiti qorumaq, insanları tullantıların düzgün idarə olunması ilə bağlı məsuliyyətli davranmağa sövq etməkdir.

Xüsusilə, ətraf mühitin qorunmasına yönəlmiş ciddi cəza mexanizmləri ictimai yerlərdə zibilin atılmasının qarşısını almaq məqsədilə dünya üzrə qəbul edilən praktikalardan biridir”.

Millət vəkili qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər ekoloji mühitə dəyən zərərin azaldılması və insanların ətraf mühitlə bağlı davranış səviyyəsinin artırılması məqsədi daşıyır:

“Bu, inzibati tənbehdir və insanları mədəni davranışa cəlb etməyin mexanizmlərindən biridir. Bu, həm də siqaret çəkən bir çox insanı bu ziyanlı vərdişdən çəkindirə bilər”.

Nəzrin Vahid

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Oxşar xəbərlər