top
“Ekspekto patronum!” – Bakıda ən məşhur sehrbaza həsr olunan bir sıra tədbirlər keçiriləcək
18 noyabr 2023, 08:00
- ↺ +

“Ekspekto patronum!” – Bakıda ən məşhur sehrbaza həsr olunan bir sıra tədbirlər keçiriləcək

Harri Potter milyonlarla uşaq və böyüklər üçün möcüzəli canlılar və magiya ilə dolu fantaziya dünyasının qapısını açmağı bacaran ən məşhur sehrbazdır. Uşaqlıqda “sağ qalmış oğlan”ın yerində olmağı və sehrli çubuğa sahib olmağı hansımız arzulamamışıq?

Yeni il ərəfəsində Bakıda baş tutacaq tədbirlərdə sehr dünyası canlanacaq. Bakuplus.az komandası oxucularına Hoqvarts dünyasına həsr olunacaq və Yeni ilinizi sirlər və sehrlərlə dolduracaq tədbirlərin siyahısını təqdim edir.

Noyabrın 19-dan “Harri Potter” filmlərinin marafonu (Benedict Cafe)

“Benedict Cafe”də “Harri Potter” filmlərinin marafonu baş tutacaq. Noyabrın 19-dan etibarən ilin sonuna qədər hər bazar günü kafedə “Potteriana”nın bütün filmlərini izləmək mümkün olacaq. Əlavə olaraq film günündə tematik şirniyyatlar, hədiyyələr almaq və fotozonada şəkil çəkdirmək fürsəti olacaq.

Saat 19:00-da başlayacaq tədbirə biletin qiyməti 20 manatdır. Filmlərin nümayişi rus dilində olacaq. Biletləri və cədvəli “Benedict Cafe”dən əldə etmək olar.

Noyabrın 26-da “Hogwarts in Baku” (“Zenit Cafe&Bar”)

Noyabrın 26-da “Zenit Cafe&Bar”da “Hoqvarts”ı ziyarət etmək mümkün olacaq. Tədbirdə bölüşdürən papaq qonaqları fakültələrə ayıracaq, Rubeus Haqrid gələcək və ən əsası, Harri Potterlə görüş olacaq. Bundan əlavə DJ-şou, feysart və digər əyləncələr baş tutacaq.

Tədbir saat 17:00-21:00 arası keçiriləcək. Biletin qiyməti 15 manatdır. Biletləri onlayn əldə etmək olar. Yaş həddi: 14+.

Dekabrın 14-də “Harry Potter and Wizards” (Heydər Əliyev Sarayı)

Heydər Əliyev Sarayında isə sehri hiss etməyə “Tynda.music” simfonik orkestri fürsət yaradacaq. Orkestr “Harri Potter” filmində istifadə olunan musiqilərdən ibarət yeni konsert verəcək.

Tədbir dekabrın 14-də saat 19:00-da baş tutacaq. Biletlərin qiyməti 25-120 manat arasında dəyişir. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək olar.

Dekabrın 23-də “Hoqvarts”da şam yeməyi (Kamera və orqan Musiqisi Zalı)

23 dekabr tarixində Kamera və orqan Musiqisi Zalında Albus Dambldor və Minerva Makqonaqall ilə birgə sehirli şam yeməyi təşkil olunacaq. Tədbir axşamında canlı xor ansamblı ifa edəcək, fotozonalarda şəkil çəkdirmək və şam yeməyinin sonunda “Harri Potter və Fəlsəfə Daşı” filminin qapalı nümayişində iştirak etmək mümkün olacaq.

Şam yeməyi saat 18:00-da baş tutacaq. Biletləri “Wolt” tətbiqi ilə əldə etmək olar. Biletin qiyməti 230 manatdır. Əlavə olaraq, bilet əldə edərkən sizə “Hogwarts”dan məktub və 17 sehrli hədiyyəsi olan bir bağlama göndəriləcək.

Dekabrın 27-də “Harry Potter” (Azərbaycan Dövlət Akademik Filarmoniyası)

Növbəti konsert “Mystery Ensemble” tərəfindən Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Tədbir “Red EVENTS & Distribution ltd” tərəfindən təşkil və idarə olunacaq.

Konsert dekabrın 27-də saat 20:00-da baş tutacaq. Biletlərin qiyməti 15-80 manat aralığında dəyişir. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür.

Yanvarın 2-si və 3-də “Sehrbazlar Məktəbi. Nəhəngin sirri” (“Nizami” Kino Mərkəzi)

Yanvarın 2-si və 3-də uşaqlar üçün “Nizami” Kino Mərkəzində Yeni il multi-şousu – “Sehrbazlar Məktəbi. Nəhəngin sirri” adlı tamaşa olacaq.

Cəsarətli qəhrəmanlar – sehrli müəllimlər Orlana və Flip – gənc sehrbazlarla birlikdə maraqlı nağıl axtarışından keçəcək və sehrli dünyanın sirli yerlərini ziyarət edəcəklər. Tədbirləri idarə etməklə yanaşı, gənc sehrbazlar Yeni il karaokesini oxuyacaqlar, nəqliyyat vasitələrini idarə edərək əylənəcəklər.

Tamaşa saat 12:00-13:00 və 15:00-16:00-da keçiriləcək. Tədbir rus dilində baş tutacaq. Biletlərin qiyməti 10-30 manat aralığında dəyişir. Biletləri şəhərin kassalarında və onlayn əldə etmək mümkündür.

 

Son xəbərlər

Xəbər
Dünən, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Dünən, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Dünən, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Dünən, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
26 sentyabr 2026, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
26 sentyabr 2026, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
26 sentyabr 2026, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
26 sentyabr 2026, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Suraxanı
26 sentyabr 2026, 12:29

Asfaltlama adı ilə yol bağlandı, amma heç bir iş görülmədi - VİDEO

Xəbər
26 sentyabr 2026, 11:30

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Xəbər
26 sentyabr 2026, 10:00

Masazır sakinləri 11 saatdır işıqsızdır - "Zəng edirik, cavab vermirlər"

Xəbər
26 sentyabr 2026, 09:33

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Xəbər
25 sentyabr 2026, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
25 sentyabr 2026, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
25 sentyabr 2026, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
25 sentyabr 2026, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
25 sentyabr 2026, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
25 sentyabr 2026, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
25 sentyabr 2026, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
25 sentyabr 2026, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
25 sentyabr 2026, 12:55

288 müəllim iş yerini dəyişir

Oxşar xəbərlər