top
Ekspert Orxan Kərimzadə: “İşğaldan azad edilmiş ərazilər “yaşıl” iqtisadiyyatın inkişafı üçün böyük potensiala malikdir” – RƏY
19 oktyabr 2024, 06:52
- ↺ +

Ekspert Orxan Kərimzadə: “İşğaldan azad edilmiş ərazilər “yaşıl” iqtisadiyyatın inkişafı üçün böyük potensiala malikdir” – RƏY

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Yaşıl iqtisadiyyat” termini insan rifahını və sosial ədaləti təmin edən, eyni zamanda, ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi müəyyən edilir.
İqtisadiyyatın “yaşıl” olması üçün onun dörd amilə cavab verməsi zəruridir:
dayanıqlı inkişaf prinsipləri iqtisadi qərarlara daxil edilir; ekoloji təmiz məhsul istehsal edilir, xidmətlər göstərilir və bunlar “yaşıl” olmayan xidmət və məhsulları əvəzləyir; ənənəvi rəqabətə nisbətdə “yaşıl”dır; kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyini bəyan edir.
Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl” iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Azərbaycanda qurulmuş təkrar emal prosesi “yaşıl iqtisadiyyat”ın inkişafına, rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. Təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir ki, bu da enerji qənaətinə imkan verir.

Mövzu ilə bağlı BakuPlus.az-a açıqlama verən bərpa olunan enerji üzrə ekspert Orxan Kərimzadə Balaxanı Sənaye Parkının fəaliyyətindən bəhs edib.

O qeyd edib ki, Balaxanı Sənaye Parkı Azərbaycan Respublikasının tullantıların təkrar emalı üzrə ilk sənaye parkıdır və ölkədə dairəvi iqtisadiyyatın inkişafına mühüm töhfə verir: "2012-ci ildə yaradılan sənaye parkı tullantıların təkrar emalı və zərərsizləşdirilməsi ilə məşğul olan müəssisələri birləşdirir. Burada plastik, kağız, elektron tullantılar və şüşənin təkrar emalına yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Eyni zamanda, kiçik və orta biznes subyektlərinə güzəştli şərtlərlə icarə sahələri təqdim olunur ki, bu da yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Sənaye parkı Azərbaycan iqtisadiyyatında ekoloji dayanıqlığı artırmaq və tullantıların yenidən istifadəsini stimullaşdırmaq məqsədi daşıyır”.

O.Kərimzadə qeyd edib ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BBMTYZ) 2012-ci ildən fəaliyyət göstərir və Azərbaycanın tullantıların idarə olunmasında mühüm obyektlərindən biridir:
“Zavodun əsas funksiyası tullantıların həcmini azaltmaq və bərk məişət tullantılarının enerji istehsalında istifadə olunmasıdır. Gündəlik 5000 tonadək tullantı yandırılaraq elektrik enerjisi istehsal edilir. Bu proses nəticəsində ətraf mühitə zərərli təsirlər minimuma endirilir, çünki emal zamanı havaya atılan tullantılar qabaqcıl filtrasiya sistemləri ilə təmizlənir. Zavod həmçinin istixana qazlarının emissiyasının azalmasına töhfə verir və Bakının tullantı probleminin həllinə mühüm dəstək göstərir”.

Ekspert tullantıların zərərsizləşdirilməsi və çeşidlənməsinin dairəvi iqtisadiyyatın ayrılmaz hissəsi olduğunu əlavə edib:
“Çeşidləmə prosesi nəticəsində tullantılar plastik, kağız, metal və bioloji tullantılara ayrılır ki, bu da onların təkrar emalını asanlaşdırır. Zərərsizləşdirilmə isə emal edilə bilməyən və ya təhlükəli tullantıların xüsusi metodlarla idarə olunmasını nəzərdə tutur. Bura tullantıların yandırılması, torpaq sahələrində basdırılması və ya kimyəvi neytrallaşdırma daxildir. Bu yanaşma ətraf mühitin qorunması, yerüstü və yeraltı suların çirklənməsinin qarşısını almaqla yanaşı, resursların daha səmərəli istifadəsinə və ekoloji dayanıqlığa xidmət edir. Azərbaycanda bu proseslərə həm Balaxanı Sənaye Parkında, həm də Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda xüsusi diqqət yetirilir”.
O.Kərimzadənin sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl” iqtisadiyyatın inkişafı üçün böyük potensiala malikdir və bu ərazilərdə sıfırdan infrastruktur qurulması imkan verir ki, bütün layihələr davamlı və ekoloji cəhətdən səmərəli prinsiplərə uyğun şəkildə həyata keçirilsin.
“Alternativ enerji mənbələrinin – günəş, külək və su enerjisinin tətbiqi bu ərazilərdə prioritet sayılır. Həmçinin kənd təsərrüfatında ekoloji təmiz texnologiyaların tətbiqi və bərpa olunan enerji ilə suvarma sistemlərinin qurulması nəzərdə tutulur. Regionda ekoturizmin inkişafı da böyük əhəmiyyət daşıyır, çünki bu ərazilər həm təbiətə, həm də mədəniyyətə dəyərli töhfələr verən potensial turizm məkanlarına çevrilə bilər. Ümumilikdə, azad edilmiş ərazilərdə “yaşıl” iqtisadiyyatın inkişafı ilə Azərbaycan milli səviyyədə ekoloji dayanıqlıq və iqtisadi diversifikasiya məqsədlərinə daha sürətlə nail ola bilər”, - deyə ekspert fikrini tamamlayıb.

Almaz Qasımova

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Oxşar xəbərlər