top
Endirimlərdən yararlanmaq istədilər, nəticədə pullarını itirdilər – VİDEO
08 noyabr 2023, 05:22
- ↺ +

Endirimlərdən yararlanmaq istədilər, nəticədə pullarını itirdilər – VİDEO

Onlayn platform üzərindən sifariş edən şəxslər yerli blogerlər tərəfindən təqdim olunan promokodlar vasitəsilə endirimdən yararlanmaq istəyiblər. Ancaq çox keçməyib ki, sifarişləri ləğv olunub. Ödədikləri pulun bir hissəsi isə geri qaytarılmayıb. Zərərçəkənlər bu barədə sosial şəbəkələrdə paylaşımlar ediblər. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Həmin şəxslərdən biri Əsmət Rzazadə deyir ki, qaytarılmayan məbləğ Türkiyədaxili karqonun ödənişidir: “Blogerlərin qeyd etdikləri 40 faiz endirimdən istifadə etdim, amma üstündən cəmi 1 gün keçəndən sonra həmin sifarişlər bir-bir ləğv olunmağa başladı. Bizə qeyd etdilər ki, həmin pullar bizim hesabımıza qayıdacaq. Lakin üstündən 6 gün vaxt keçib, amma pullar geri qaytarılmır. Bir hissəsi qayıdıb, amma karqo pulları geri qayıtmadı. Karqoya görə ödənilən 50-55 manat arası pul qayıtmayıb”.

Hüquqşünas Şamil Paşayev bildirir ki, elektron ticarət qaydalarının pozulması, yəni alıcıya göstərilən xidmətin tam yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Bu hallara görə hüquqi şəxslərə 4000 manatdan 6000 manatadək cərimə nəzərdə tutulub.

“Əgər vətəndaşa, istehlakçıya hər hansı bir endirim verildisə və bu endirimdən vətəndaş yararlana bilmədisə, ən azı öz pulunu geri almalıdır. Digər xərclər vətəndaşdan tutulmalı deyil, vətəndaşın pulu birmənalı olaraq özünə qaytarılmalıdır”, – deyə hüquqşünas əlavə edib.

Hüquqşünas, həmçinin qeyd etdi ki, ictimai şəxslər bu cür əməkdaşlıqları rəsmi formada həyata keçirməlidirlər ki, həm izləyiciləri zərər çəkməsin, həm də qazandıqları inamı itirməsinlər. Eyni zamanda hüquqlarının pozulduğunu hesab edənlər Antiinhisar və İstehlak Bazarına Nəzərət Dövlət Xidmətinə müraciət edə bilərlər.

Mövzu ilə bağlı bir neçə bloger bildirdi ki, problem təmamilə onlayn platformadan qaynaqlanır. Belə ki, sui-istifadə halları aşkarlandığı və həddindən artıq sifarişlər olduğu üçün qarşı tərəf bu cür tədbirlərə əl atıb.

Son xəbərlər

Xəbər
Dünən, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Dünən, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Dünən, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Dünən, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
26 sentyabr 2026, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
26 sentyabr 2026, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
26 sentyabr 2026, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
26 sentyabr 2026, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Suraxanı
26 sentyabr 2026, 12:29

Asfaltlama adı ilə yol bağlandı, amma heç bir iş görülmədi - VİDEO

Xəbər
26 sentyabr 2026, 11:30

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Xəbər
26 sentyabr 2026, 10:00

Masazır sakinləri 11 saatdır işıqsızdır - "Zəng edirik, cavab vermirlər"

Xəbər
26 sentyabr 2026, 09:33

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Xəbər
25 sentyabr 2026, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
25 sentyabr 2026, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
25 sentyabr 2026, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
25 sentyabr 2026, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
25 sentyabr 2026, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
25 sentyabr 2026, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
25 sentyabr 2026, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
25 sentyabr 2026, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
25 sentyabr 2026, 12:55

288 müəllim iş yerini dəyişir

Oxşar xəbərlər