Bu gün, 20 oktyabr tarixində sosial şəbəkələrdə Fəvvarələr meydanında quraşdırılmış böyük butulkanın videoları və şəkilləri yayılıb. Bakuplus.az hadisə yerinə gələrək həmin şüşənin həqiqətən orada olub-olmadığını öyrənib.
Təqdim olunan videomuzda aydın görünür ki, meydanda heç bir butulka yoxdur. Ərazidə olan işçilərin sözlərinə görə, belə bir reklam burada heç vaxt olmayıb.
Azərbaycan Respublikasının qanunlarına əsasən, bu cür spirtli içkilərin reklamı qadağandır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/10/hd.mp4"][/video]