Bakıda “Fikrət Əmirov 100” Gənc pianoçuların respublika müsabiqəsi keçiriləcək. Bu haqda bu gün, 23 dekabr tarixində Azərtac məlumat verib.
Müsabiqə dekabrın 24-dən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunacaq və 4 gün davam edəcək. Burada kiçik, eləcə də böyük yaş qrupları üzrə dinləmələr keçiriləcək.
Müsabiqənin bədii rəhbəri Xalq artisti, BMA-nın Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, münsiflər heyətinin sədri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadə, təşkilat komitəsinin sədri Xalq artisti, BMB-nin prorektoru Yeganə Axundovadır.