Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində təmir işləri aparılır.
Təmir səbəbindən teatrın repertuarındakı bütün tamaşalar Dövlət Mahnı və Kukla Teatrlarının səhnələrində nümayiş etdiriləcək.
Bunlardan biri Xalq artisti quruluşçu rejissor Ağaxan Salmanlı tərəfindən hazırlanan və 15 oktyabr tarixində uşaqlar üçün təşkil olunan Tıq-tıq xanım tamaşasıdır.
İzləmək üçün gələnlərdən COVİD19 pasportu və ya imun sertifikatı tələb olunacaq. Bunlardan heç birini təqdi etməyən tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmayacaq.