top
Hüquqşünas: “Nikahdankənar doğulanların sayının artması həyəcan təbili çalınacaq məsələ deyil” - AÇIQLAMA
20 sentyabr 2024, 04:10
- +

Hüquqşünas: “Nikahdankənar doğulanların sayının artması həyəcan təbili çalınacaq məsələ deyil” - AÇIQLAMA

Əhalinin böyük bir qismi rəsmi nikaha üstünlük versə də, bəziləri yalnız dini kəbin kəsdirirlər. Bundan başqa, vətəndaş nikahı ilə yaşayanların da sayı az deyil.

Əgər bir vaxtlar insanlar bu barədə ehtiyatla danışırdılarsa, artıq məşhur və tanınmışlar, cəmiyyətdə müəyyən nüfuza malik şəxslər vətəndaş nikahında yaşadıqlarını açıqca etiraf edirlər.

Statistikaya görə, ötən il Azərbaycanda nikahdankənar 15622 uşaq doğulub. Bu göstərici 30 il əvvəl ilə müqayisədə iki dəfə artıb.

Mütəxəssislərin fikrincə, bunun bir çox səbəbləri var. Belə ki, son illərdə həm erkən nikahlara qarşı ciddi kampaniya gedir, həm də qızlar üçün nikah yaşı qaldırılıb. Vətəndaş nikahına sövq edən amillər isə həyat yoldaşı və ya sadəcə, partnyor axtarışıdır.

Rayon və ucqar kəndlərdə isə daha çox bir qədər yaşlı, ailə qurmaqda gecikən qızların bəziləri bu cür nikaha razılıq verirlər. Ailələrinin təzyiqi və ya öz istəkləri ilə onlar evli və ya boşanmış kişilərlərlə vətəndaş nikahına girirlər.

Əgər rəsmi nikahda olmayan şəxslər ayrılarsa, həmin izdivacdan dünyaya gələn uşaqların aqibəti və hüquqi statusu necə müəyyən edilir?

Mövzu ilə bağlı BakuPlus.az-a açıqlama verən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Rüstəm Rəhimovun sözlərinə görə, nikahdankənar doğulan uşaqların hüquqi statusu ilə bağlı məsələlər Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir:

“Ailə Məcəlləsinə görə, uşağın doğumunu təsdiq edən sənəd ananın tibb müəssisəsində doğması halında təqdim edilir. Uşaq tibb müəssisəsindən kənarda anadan olduqda, doğuma kömək etmiş həkimin yazdığı sənəd lazımdır. Əgər bu sənədlər yoxdursa, uşağın kimliyini şahidlərin ifadələri və digər sübutlardan istifadə edərək məhkəmə müəyyən edə bilər.

Anası ilə nikahda olmayan şəxsin uşağın atası olması, onların birgə ərizəsi ilə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etməsi ilə müəyyən edilir. Əgər uşaq nikahdan kənar doğulubsa və valideynlər birgə ərizə verməyibsə, o zaman atalıq uşağın valideynlərindən birinin, qəyyumunun ya da uşağın özü yetkinlik yaşına çatdıqda məhkəmə vasitəsilə müəyyən edilir. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı məhkəmə qaydasında müəyyən oluna bilər”.

R.Rəhimov qeyd edib ki, əgər uşağın valideynləri müəyyən edilibsə, bu zaman hər iki valideyn uşaqlarına münasibətdə rəsmi nikaha daxil olan valideynlərin hüquq və vəzifələrini daşıyırlar:

“Nikahdankənar doğulmuş uşağın valideynləri müəyyən edildikdən sonra uşaqdan kənar yaşayan valideyn övladının yanında olan valideynə Ailə Məcəlləsində müəyyən edilmiş qaydada aliment ödəməlidir. Həmin uşağın qanunvericilikdə müəyyən edilmiş bütün tibbi və sosial xidmətlərdən istifadə hüququ var.

Nikahdankənar doğulan uşaqların sayının artması ürəkaçan deyil. Bu artım mülki məhkəmə mübahisələrinin, aliment tələbi və dövlət orqanlarının iş yükünün artmasına gətirib çıxarır.  Nikahdankənar uşaqlar bir çox hallarda evli kişinin başqa bir xanımla münasibəti nəticəsində dünyaya gəlirlər və bunun ağır nəticələri ola bilər”.

Vəkil Azərbaycan Respublikasında uşaqlarla bağlı qanunvericilik bazasının mükəmməl vəziyyətdə olduğunu söyləyərək, nikahdankənar doğulan uşaqların sayının artmasının səbəblərindən də söz açıb:

“Bunun bir çox səbəbləri ola bilər:. Ailədaxili münasibətlər, erkən nikah, valideynlərin öz uşaqlarına istədiyi şəxslə nikaha daxil olmasına maneələr törətməsi, bəzi hallarda qadının nəyinsə qarşılığında əks cinslə münasibətdə olması.

İlk növbədə erkən evliliyin hüquqi nəticələri təbliğ olunmalıdır”.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov isə bildirdi ki, valideynlər dini kəbin kəsdiriblərsə, İslama görə bu uşaqlar nikahdankənar və ya qanunsuz sayılmayacaq:

“İslamın mövqeyini bildirmək üçün əvvəl müəyyən etmək lazımdır ki, bu uşaq doğulan ailələrdə dini kəbin olub, ya yox. Ola bilər ki, ailələr dini kəbin kəsdiriblər və dövlət nikahına ehtiyac duymayıblar. Bunun da müxtəlif səbəbləri ola bilər.

Son illərdə həm erkən nikahlara qarşı ciddi kampaniya gedir, həm də qızlar üçün nikah yaşı qaldırılıb. Bu kampaniya və qadağalara baxmayaraq bəzi ailələrdə qızları erkən yaşda ərə vermək ənənəsi davam edir və ictimai qınağa, inzibati cəzalara tuş gəlməmək üçün dövlət qeydiyyatına müraciət etmir. Bunu da həmin uşaqları dünyaya gətirən anaların yaş hədlərini öyrənməklə başa düşmək olar”.

E.Əsgərov qeyd edib ki, qadınlar özlərini indi daha sərbəst hesab edir və nikahdankənar uşaq dünyaya gətirməkdən qorxmurlar:

“Digər tərəfdən cəmiyyətimizdə əvvəllər mövcud olan güclü patriarxal ənənələr də aradan qalxıb. Qadınlar özlərini daha sərbəst hesab edir və nikahdankənar uşaq dünyaya gətirməkdən qorxmurlar. Nəzərə alın ki, son illər boşanmaların da sayı iki dəfədən çox artıb. Mümkündür ki, boşanmış bir qadın başqa bir nəfərlə yaxın olur, amma bunu müxtəlif səbəblərdən rəsmiləşdirmir. Bütün bu səbəblər rəsmi nikahdankənar uşaqların statistikasını artırır. Hər bir halda, əgər bu analar öz partnyorları ilə dini kəbin kəsdiriblərsə, İslama görə bu uşaqlar nikahdankənar və ya qanunsuz sayılmayacaq”.

Elçin Əsgərov nikahdankənar doğulan uşaqların vərəsəlik hüququna aydınlıq gətirib:

“Şəriət məhkəmələri olmayan, dünyəvi qanunlarla idarə olunan indiki zamanda yalnız dini kəbin kəsdirən və dövlət nikahı etməyən ailələrdə qadının, uşağın hüquqlarını İslamda tələb olunan kimi qorumaq mümkün deyil. Yox, əgər aralarında heç dini kəbin də olmayıbsa, İslama görə də bu qanunsuz və günah əməl sayılacaq.

Yalnız dini kəbinlə evlənən ailələrdə qadın və uşağın hüquqlarının qorunması ər və ata sayılan şəxsin vicdanına qalır. Başqa bir yolla o hüquqları təmin etmək mümkün deyil. İslam qaydalarına görə, ailə nikah üzərində qurulubsa, qadının və uşağın ər tərəfindən həm yaşayış vasitələri ilə təmin olunma, həm də vərəsəlik hüququ var. Hətta boşananda da qadının mehriyyə hüququ var, uşaq isə hər bir halda vərəsəlik hüququnu saxlayır. İslama görə əgər ər və ya ata öz həmin vəzifələrini yerinə yetirmək istəməsə, günah qazanır, şəriət məhkəməsi onu cəzalandıraraq qadının, uşağın hüququnu qoruyur. Eynilə vərəsəlik hüququnu da şəriət məhkəməsi həll edir. Amma bizdə indi şəriət məhkəməsi yoxdur, yalnız dövlət məhkəməsi var və dövlət məhkəməsi də yalnız dövlət nikahı olan ailələrin problemləri ilə məşğul olur.

Və son illərdə dəfələrlə müşahidə etmişik ki, yalnız dini nikahla evlənən ailələr dağıldıqda, bəzi hallarda təəssüf ki, qadının və uşağın hüquqları pozulur. Heç kim kömək edə bilmir. Ona görə də dini kəbinlə ərə gedən qadınlar bunları nəzərə almalıdır. Sırf uşağın vərəsəlik hüququna gəldikdə isə, bizdə dövlət qanunlarına görə uşağın nikahda və ya nikahdankənar doğulması fərq etmir. Hər bir halda uşağın atası məlumdursa, o uşağın vərəsəlik hüququ dövlət məhkəmələri tərəfindən təmin olunur”.

Hüquqşünas Şamil Paşayev bildirib ki, nikahdankənar doğulan uşaqların aliment almaq hüququ var:

“Uşağın hüquqlarının valideynin dövlət nikahında olub-olmamasında hər hansı rolu yoxdur. Nikahdankənar dünyaya gələn uşaqların aliment almaq hüququ var.  Uşaq həm atanın, həm ananın vərəsəsidir.

O qədər ailələr var, dövlət qeydiyyatına alınmır. Yaxın qohumlar da vətəndaş nikahına daxil olur. Qohum evliliyinə qoyulan qadağalara görə, sayları da artacaq. Vətəndaş nikahı ciddi həyəcan təbili çalınacaq mövzu deyil. Nikahsız ailələrdə doğulan uşaqların sayı artacaq”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Son xəbərlər

Xəbər
Bu gün, 12:05

51 min manatlıq kombi oğurladılar, tutuldular

Xəbər
Bu gün, 11:30

Suraxında xüsusi əməliyyat: saxlanılan var - VİDEO

Xəbər
Bu gün, 10:52

Azərbaycanda cazın inkişafında mühüm rol oynayan Nuri Əhmədov vəfat edib

Xəbər
Bu gün, 10:43

Bakıda DƏHŞƏT: 62 yaşlı kişi binadan yıxılıb öldü

Xəbər
Bu gün, 10:02

"TikTok"dakı təhqir mübahisəyə səbəb oldu, yeniyetməyə ağır xəsarət yetirildi

Xəbər
Bu gün, 09:26

Yasamal və Xəzərin bəzi ərazilərində işıq olmayacaq

Sabunçu
Dünən, 17:51

Bakıda ər arvadını çay qaşığı ilə döydü

Xəbər
Dünən, 17:46

Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı

Xəbər
Dünən, 17:08

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Xəbər
Dünən, 16:43

Bakıda 31 kq narkotik aşkarlandı - VİDEO

Xəbər
Dünən, 16:00

Zeynəb Xanlarova əməliyyat olundu

Xəbər
Dünən, 15:28

"Melissa Group"un mühafizəçisi sakini döyüb

Xəbər
Dünən, 15:10

Uşağınız tez-tez xəstələnir? - Səhiyyə Nazirliyinin pediatrından vacib tövsiyələr

Xəbər
Dünən, 14:12

Skuterdən yıxıldı, öldü

Xəbər
Dünən, 13:20

Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var

Xəbər
Dünən, 12:29

Bakıda avtomobil piyadanı vurdu, sürücü öldü

Xəbər
Dünən, 12:19

Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb

Xəbər
Dünən, 11:39

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Xəbər
Dünən, 11:07

Yol polisi Formula-1 ilə əlaqədar sürücülərə müraciət edib

Nizami
Dünən, 10:38

Qaynını azyaşlı oğlunun gözü qarşısında öldürmüşdü - Cəzası azaldıldı

Xəbər
Dünən, 10:21

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinə  cinayət işi açılıb

Xəbər
Dünən, 09:36

Hövsanda evdən meyit tapıldı

Xəbər
Dünən, 09:08

DİQQƏT: 49 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Xəbər
22 sentyabr 2026, 18:00

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Xəbər
22 sentyabr 2026, 17:26

"Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır" - Aparıcı Rəvan Bağırov

Xəbər
22 sentyabr 2026, 17:11

Dilarə Kazımovanın "Dəli" mahnısı Hollivud filmində səsləndirildi

Xəbər
22 sentyabr 2026, 17:06

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi

Xəbər
22 sentyabr 2026, 16:30

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Oxşar xəbərlər