Bakının mərkəzində, keçmiş “Sovetski” yaşayış massivində yerləşən tarixi hamam yararsız vəziyyətə düşüb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az memar Elçin Əliyevə istinadən məlumat verir.
Memarın sözlərinə görə, 1820-ci illərdə inşa olunan hamamın ərazisi narkomanların və sahibsiz itlərin məskanına çevrilib. İki zallı hamamın 900 kvadratmetr sahəsinə işlənmiş şprislər və zibil səpilir, üzlük daşları uçur.
Əliyev iddia edir ki, nadir tikili yox olmaq ərəfəsindədir.
[URIS id=81856]