Bakının Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsində avtobus dayanacağı qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az xəbər verir.
“7 gözəl” parkının yaxınlığında olan dayanacağın şüşələri küləyə görə yerindən aralanıb. Sakinlərin sözlərinə görə, o şüşələrdən biri dayanacaqda duran adamların üstünə aşa bilər.
Vətəndaşlar aidiyyəti qurumlardan müvafiq tədbir görülməsini xahiş edirlər.