“Handicraft Baku” ənənəvi yeni il yarmarkası keçirəcək. Bu haqda bu gün, 19 noyabr tarixində Bakuplus.az “handicraft_baku”-ya istinadən xəbər verir.
Yarmarkada yerli markalar, qulluq brendləri, əl işləri, eləcə də dizaynerlər, sənətkarlar və rəssamların iştirakı və master-klasları nəzərdə tutulub.
İştirak etmək istəyənlər üçün son qeydiyyat tarixi 25 noyabrdır. Tədbir 16-18 dekabr tarixlərində “Passage 1901”-də baş tutacaq.