Bakıda Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanların ildönümə həsr olunmuş anım mərasimi keçirilib. Bu haqda RealTv xəbər verib.
II Fəxri Xiyabananında Müdafiə Nazirliyinin dəstəyi ilə "Mənim atam qəhrəmandır", "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində 300-ə yaxın şəhid anası, qəhrəmanların ailə üzvləri, deputatlar, din xadimlərinin iştirakı ilə yürüş keçirilib. Ziyarət Milli Qəhrəman Polad Həşimovun məzarından başlayıb. Şəhid anaları birgə Azərbaycan himnini oxuyaraq "Qarabağ Azərbaycandır" şüarını səsləndiriblər. Yürüşdə Polad Həşimovun anası Səmayə Həşimova iştirak edib.
Polad Həşimovun anası Səmayə Həşimova bildirib ki, bu yürüş bütün Azərbaycan və türk xalqı üçün vacibdir: "Belə qartalları, torpaqları işğaldan azad edənləri belə toplum şəkildə gəlib görməyimiz bizim üçün çox önəmlidir".
[caption id="attachment_9743" align="alignnone" width="1920"]
Foto açıq mənbədən[/caption]
[caption id="attachment_9742" align="alignnone" width="1920"]
Foto açıq mənbədən[/caption]