Bakıda dərin yuxuya gedən şəxsin qohumları narahat olaraq Fövqəladə Hallar Nazirliyinə xəbər ediblər. Bu barədə BakuPlus.az qurumun mətbuat xidmətinə istinadən bu gün, 9 dekabr tarixində xəbər verir.
Qohumlarının xəbər ala bilmədikləri Bakı sakini onlara həyəcanlı anlar yaşadıb.
Onun yaşadığı ünvana cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri kanatla mənzilə daxil olaraq qapını açıblar. İçəri daxil olan qohumlar isə şəxsin sadəcə dərin yuxuda olduğunu görüb sakitləşiblər.
Qurum sözügedən əməliyyatın görüntülərini paylaşıb: