Bakıdakı Kəbirə Məmmədova adına tibb mərkəzində əməliyyat olunan Rəsmiyyə Həmzəyeva göstərilən xidmətdən narazı qalaraq klinikadan şikayətçidir. Bu haqda bu gün, 1 yanvar Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Onun sözlərinə görə, 7 ay əvvəl o, həmin tibb müəssisəsində üzgərmə əməliyyatı etdirib. Lakin hazırda onun üzü bərbad vəziyyətdədir, qısa müddətdə bir sıra fəsadlar ortaya çıxıb. O, həmçinin bildirir ki, əməliyyatı edən Janna Quliyevanın həkim olmadığı üzə çıxıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, vətəndaş məhkəməyə və nazirliyə rəsmi müraciət etməlidir. Məsələ araşdırıldıqdan sonra müvafiq addım atılacaq.
Ətraflı süjetdə: