Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) ödənişsiz dil kurslarına start verib. Bu haqda AKTİ-nin rəsmi facebook səhifəsində xəbər verilib.
Könüllülərin Fərdi İnkişaf Proqramı çərçivəsində könüllülərin dil biliklərinin artırmaq məqsədilə həftədə iki dəfə olmaqla 2 ay müddətində ödənişsiz ingilis dili kursları və danışıq klubları təşkil olunub.
Kurslara qoşulmaq üçün könüllülər fəaliyyət göstərən təşkilata və ya koordinatorlara müraciət edərək proqrama qoşula bilərlər.