Bakıda keçirilən “Kənddən Şəhərə” Yeni il yarmarkası çərçivəsində 3 aqroturizm təsərrüfatı təqdim olunub. Bu haqda bu gün, 24 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat verib.
Təqdimat zamanı Lənkəran rayonunda yerləşən “Citrus Valley” təsərrüfatının sahibi Rəftarə Şükürova, Astara rayonunda yerləşən “Sım Garden” təsərrüfatının sahibi Elman Yusifov və İsmayıllı rayonundakı “İvanovka Honey Farm” təsərrüfatının sahibi Andrey Antifeyev yaratdıqları məhsullar barədə məlumat veriblər.
“Kənddən Şəhərə” Yeni il yarmarkaları 30 dekabr tarixinədək hər gün fəaliyyət göstərəcək. Yarmarkalarda 50-yə yaxın regiondan 70-dən artıq fermer 80-ə yaxın çeşiddə kənd məhsulunu satışa çıxarıb.
[URIS id=84561]