Bakının Nəsimi rayonu, M. Kaveroçkin küçəsində yerləşən binada təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az xəbər verir.
Təmir işlərinə 13 saylı bina sakinlərinin müraciətlərindən sonra başlanılıb.
Bərpa işləri zamanı tikilinin fasadında və eyvanlarında konstruktiv elementlər, karniz hissələri, suvaq qatları təmir olunacaq.
[caption id="attachment_109155" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]