Nizami rayonu, Keşlə qəsəbəsində dəmir yolu təhlükə saçır. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Patrul.az-a istinadən xəbər verir.
Söhbət qəsəbənin Zəki Məmmədov küçəsindən gedir. Belə ki, burada avtomobil yolu ilə dəmir yolu xətti kəsişir. Buna baxmayaraq, ərazidə heç bir nizamlayıcı işarələr və ya şlaqbaum yoxdur.
Bu hal vətəndaşları narahat edir.