Bakıda bir sıra kiçikhəcmli gəmilərdə yoxlama aparılıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Pirallahı rayonunun Pirallahı və Gürgən qəsəbələri, Sabunçu rayonunun Nardaran qəsəbəsi, Qaradağ rayonunun Ələt qəsəbəsi, eləcə də Salyan rayonunun Xıdırlı kəndində ümumilikdə 35 qayıqda yoxlama aparılıb.
Belə ki, kiçikhəcmli gəmilərin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə qaydalarını pozan 9 gəmi istifadəçisi məsuliyyətə cəlb olunub.