Nəsimi rayonu ərazisində növbəti iməcilik keçirilib. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
İməcilikdə rayonun kommunal xidməti işçiləri tərəfindən təmizlik işləri aparılıb. Parklarda, rayonun prospekt və küçələrində, yollarda, dayanacaqlarda bordürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, ticarət obyektlərinin vitrinlərində sanitar-təmizlik işləri aparılmışdır.
İməcilikdə sakinlər, idarə və təşkilatların nümayəndələri də yüksək fəallıq nümayiş etdiriblər.