top
“Kotlovan”dan evi təhlükəsiz necə almaq olar?
19 fevral 2024, 06:49
- ↺ +

“Kotlovan”dan evi təhlükəsiz necə almaq olar?

Bakıda bünövrədən evi necə təhlükəsiz almaq olar? Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.

Bakıda vətəndaşlar adətən evləri bünövrəsi qoyulanda (kotlovan) alırlar. Buna səbəb həmin mənzillərin hazır evlərdən nisbətən daha ucuz olmasıdır. Qiymətdə təqribən 7-15% fərq olur.

Ancaq bünövrə evləri alan sakinlər tez-tez bir sıra problemlərlə üzləşirlər. Bəzən binanın tikintisi deyilən vaxtdan uzun çəkir və ya ümumiyyətlə axıra çatdırılmır. Sənədləşmə zamanı nöqsanlara yol açılır, 1 ev bir neçə nəfərə satılır.

Ekspertlərin sözlərinə görə, alıcılar hazır və çıxarışlı (kupçalı) mənzilləri almağa üstünlük verməlidirlər. Çünki evin sənədi olmayanda tikinti şirkətini məhkəməyə vermək də çətin olur.

Əmlak və inşaat üzrə ekspert Elnur Azadov tövsiyə edir ki, alıcılar tikinti şirkətlərini araşdırsınlar, onların reputasiyası ilə maraqlansınlar.

“Neçə dənə bina inşa ediblər? Vaxtlı-vaxtında həmin binaların istismara qəbulu baş tutub, ya yox? Bina tikiləndən sonra idarəetmə sakinlərə verilirmi?” – deyə o qeyd edib.

Bünövrədən satılan mənzillərdə rast gəlinən daha bir problem isə müqavilədə tikinti şirkətlərinin özlərinin maraqlarına uyğun bəndlərin qeyd etməsidir. Odur ki, mütəxəssislər alıcılara sənədləşmə işlərində diqqətli olmağı məsləhət görürlər.

“Heç bir halda nağd şəkildə pulu ödəmək tövsiyə olunmur. Vəsaiti birbaşa tikinti şirkətlərinin hesablarına köçürülmək, bina inşa olunduqca ödənişləri də mərhələli şəkildə aparmaq tövsiyə olunur”, – deyə ekspert əlavə edib.

Bundan əlavə, mənzilləri satarkən binanın ölçüsünün torpaq sahəsi ilə hesablanması qanunsuzdur. Qanuna əsasən, mənzillərin ümumi sahəsi bayır və məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Əgər vətəndaş aldadılıbsa, o, məhkəməyə müraciət edə bilər.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
Bu gün, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
Bu gün, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
Bu gün, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
Bu gün, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
Bu gün, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
Bu gün, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
Bu gün, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Bu gün, 12:55

288 müəllim iş yerini dəyişir

Xəbər
Bu gün, 12:26

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Xəbər
Bu gün, 12:20

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Bu gün, 11:34

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Xəbər
Bu gün, 10:31

"Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm" - Tanınmış aktyor

Xəbər
Bu gün, 09:45

Maştağa və Buzovnada qaz kəsiləcək

Xəbər
Dünən, 18:00

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Xəbər
Dünən, 17:03

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi - FƏRMAN

Xəbər
Dünən, 16:07

Abadlaşdırılan həyətdə təhlükə: İki azyaşlını cərəyan vurub

Xəbər
Dünən, 15:53

Güləşçini qətlə yetirmişdi, həbsdə öldü

Xəbər
Dünən, 14:56

Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu

Xəbər
Dünən, 13:50

Bakıda kişi sükan arxasında öldü

Xəbər
Dünən, 12:55

Bakıda qonşusunu bıçaqla ürəyindən vuraraq öldürmək istəyən şəxsə AĞIR CƏZA

Xəbər
Dünən, 12:05

51 min manatlıq kombi oğurladılar, tutuldular

Xəbər
Dünən, 11:30

Suraxında xüsusi əməliyyat: saxlanılan var - VİDEO

Xəbər
Dünən, 10:52

Azərbaycanda cazın inkişafında mühüm rol oynayan Nuri Əhmədov vəfat edib

Oxşar xəbərlər