Ötən gün Bakıda əsən külək Ələt qəsəbəsində fəsadlara səbəb olub. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 9 may tarixində xəbər verir.
Əsən güclü külək Qaradağ rayonu, Ələt qəsəbəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə beton parçalarının qoparaq asılı vəziyyətdə qalmasına səbəb olub.
Əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Xilasedicilər binanın damında asılı vəziyyətdə qalmış beton parçalarını götürərək təhlükəni aradan qaldırıblar.
[caption id="attachment_43619" align="alignnone" width="800"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]