Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Bu haqda məlumat bu gün, 3 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında yayılıb.
Sərəncama əsasən, 1-ci dərəcəli “Rəşadət” ordeni ilə Tağıyev Vasif Natiq oğlu, “Vətən uğrunda” medalı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) və İmanov Mahir Kamil oğlu təltif ediliblər.