Cari 2022-2023-cü tədris ili üçün müsabiqənin nəticələrinə əsasən, 2012 müəllim işə qəbul olunub. Bu haqda Report Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verib.
Ümumilikdə müəllimlərin işə qəbulu və ya iş yerinin dəyişdirilməsi müsabiqəsi çərçivəsində Bakı şəhəri üzrə 2334 vakant yer təqdim olunub.
Bildirilib ki, onlardan 795 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1098 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 119 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.