Azərbaycan ərazisində qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları aşkar olunub. Hər faktla bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumilikdə qanunsuz hasilat ölkənin 8 rayonunda qeydə alınıb. Bildirilir ki, təbiətə 6 milyon manatdan artıq ziyan vurulub.
Daş yataqlarının ikisi – Qaradağ rayonu ərazisində yerləşən “Gülbaxt” yatağı və Xəzər rayonu ərazisində yerləşən “Türkan-I” Bakıda yerləşir. Bundan əlavə analoji faktlar Tərtər, Yevlax, İmişli, Quba, Abşeron rayonları və Mingəçevir şəhərində aşkar olunub.
Prokurorluqda “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma”, “Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma”, “Vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə cinayət işləri başlanılıb.