TƏBİB-nin nəzdində olan tibb müəssisələrində 2023-2024-cü ilin payız-qış mövsümündə 15.550 nəfər qripə qarşı peyvənd olunub.
İnaktivləşdirilmiş qrip peyvəndi uşaqlara və böyüklərə, xüsusən də xəstəliklə əlaqəli ağırlaşma riski artdıqda qripdən qorunmağa kömək edir.
Qripə qarşı peyvənd olunmaq istəyən vətəndaşlar TƏBİB-nin tabeliyində olan rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunan müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlanmaq mümkündür.
Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən qripə qarşı vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Şurası tərəfindən tövsiyə olunur.