Mədəniyyət Nazirliyi külli miqdarda mənimsəməni təsdiqləyib. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Nazirlikdən bildirilir ki, şübhəli bilinən Aytən Kərimova Pantomima Teatrında 4 ilə yaxın mühasib vəzifəsində çalışıb. O, yol verdiyi nöqsanlara görə 2023-cü ilin yanvar ayında vəzifəsindən azad edilib.
Daha sonra onun külli miqdarda pul mənimsəməsi məlum olub və barəsində cinayət işi açılıb. Hazırda iş Bakı Ağır Cinayətlə Məhkəməsinə göndərilib.