Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 1 hektar ərazidə Eldar şamı və zeytun ağacları əkilib, ərazi damcılı suvarma sistemi ilə təchiz olunub. Yaşıllıqların suvarılmasında qəsəbədə formalaşan tullantı sularının təmizlənməsindən əldə edilən texniki sulardan istifadə olunur.
Təbdirdə Sabunçu və Binəqədi gənclər evlərinin əməkdaşları, gənclər və ekokönüllülər iştirak ediblər.
[caption id="attachment_129277" align="alignnone" width="640"]
Fot Eco gov az[/caption]