Bakıya gələn bestseller olan psixoloji trillerlərin müəliifi, alman yazıçı Vulf Dorn 4 və 5 fevral tarixlərində oxucularla görüşəcək. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az məlumat verir.
İmza günləri ˝Libraff˝ kitab mağazaları və ˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı ilə keçiriləcək.
Görüşlərin proqramı:
Vulf Dorn 2009-cu ildə yazdığı ilk romanı - "Psixiatr"la məşhurlaşıb. Müəllif bu əsəri sayəsində Almaniyanın psixoloji triller janrında yazan ən populyar romançıları siyahısına düşüb. Daha sonra qələmə aldığı "Şizofrenik", "Xain ürəyim", "Oyunbaz", "Fobiya" kimi romanları ilə qısa müddətdə bütün dünyada geniş oxucu kütləsi toplayan yazıçının əsərləri 10-dan çox dilə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş Vulf Dorn hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur.