Məktəblərdə tədris nə zaman başlayacaq? Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixləridir.
Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə isə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.
Daha öncə Nazirlər Kabineti qeyri-iş günləri ilə bağlı məlumat vermişdi.