Abşeron rayonunun Məmmədli qəsəbəsində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparıldığı aşkarlanıb. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Məlum olub ki, tikinti müvafiq icazə sənədləri olmadan, habelə yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla aparılır.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb, obyekt sökülüb.
[URIS id=84684]