Bakıda 15 yaşlı qıza qarşı zorakılıq edilib. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Yeniyetmə qızın sözlərinə görə, oğlan 15 yaşında onu aldadaraq qaçırdıb, daha sonra zorla intim münasibətdə olub.
“Məni öz kəndlərinə apardı, orada başıma oyun açdı. İstəmirdim onu. Atamgil polisə müraciət etdi. Sonradan məni polisə apardılar. Mənə dedilər ki, polisə öz istəyimlə getdiyimi bildirim. Sonra Bakıya gətirdilər məni. Oğlan içirdi, deyəsən, narkotik də istifadə edirdi. Hər gün məni döyürdü, söyürdü”, – deyə o söyləyib.
Atası onu qəbul etmədiyi üçün o, evə geri dönə bilməyib. Yaşadığı evdən qaçıb və sığınacaq istəyib.
Hazırda qız sığınacaqdadır. DİN məsələ ilə bağlı Suraxanı RPİ-də araşdırma aparıldığını bildirib.